"Neçə evin çırağını söndürdü bu Alov..."
"Neçə evin çırağını söndürdü bu Alov..."
Xalq artisti Faiq Ağayev dünən baş vermiş yanğına belə reaksiya verdi.
ANS PRESS-in məlumatına görə, xalq artisti Binəqədi rayonunda 16 mərtəbəli binanın alışmasımdan böyük kədər hissi keçirib. O, onlarla insanın ölümü və yaralanması ilə nəticələnən yanğının dəhşətli faciə kimi dəyərləndirib:
"Dəhşətli gün idi. Həyata, yaşama qanacaqsız, məsuliyyətsiz, etinasız yanaşanların yanlış əllərində, məmləkətin rəmzi olan Alov cinayət törətdi. Fəxarət yerinə zülm yedirtdi Alov bu dəfə. Allah rəhmət eləsin"!
Mənbə:> ANSPRESS