Bakı yanğını: azərbaycanlı polis dünyaca məşhurlaşdı – FOTO
Bakının Binəqədi rayonundakı çoxmərtəbəli yaşayış binasında baş vermiş dəhşətli yanğın zamanı körpəni qucağına alaraq od-alovun içindən çıxaran polis çavuşu Qərb mediasında "Qəhrəman polis" elan olunub.
Milli.az bildirir ki, azərbaycanlı fotoqraf Orxan Əzimin "ASSOCİATED PRESS" agentliyi üçün çəkdiyi foto bu gün "The Times", "The Guardian", "The Huffington Post" və s. nüfuzlu nəşrləri tərəfindən "Günün fotoları" rubrikasında dərc olunub.
Fotodakı azərbaycanlı polis çavuşunu isə Britaniya və ABŞ mediası "Qəhrəman polis" adlandırıb.
Mənbə:> Milli.Az