Yanan binanın sakinləri: “Mal cəhənnəm, Fərəhi kim qaytaracaq?” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Yanan binanın sakinləri: “Mal cəhənnəm, Fərəhi kim qaytaracaq?” – FOTO

Yanan binanın sakinləri: “Mal cəhənnəm, Fərəhi kim qaytaracaq?”


“Yanğını ilk dəfə mən gördüm və başladıq qışqırmağa ki, bina yanır”. Bu barədə ANS PRESS-ə ötən gün Binəqədi rayonunda yanan binanın sakini Mələk Hüseynova bildirib. Onun sözlərinə görə, yanğın binanın aşağı mərtəbəsindən başlayıb.

Mələk Hüseynova danışdıqca gözlərindən yaş süzülürdü. Əlləri qaralmışdı. Üzündəki ifadə isə ürək parçalayırdı.

“Pəncərədən baxanda gördüm ki, yuxarı tüstü qalxır. Tez uşaqlara qışqırdım ki, çıxın bayıra, ev yanır. Sonra başladıq kömək istəməyə ki, ay camaat bina yanır”.

Digər sakinlər də bildirirlər ki, hadisə 3 dəqiqənin içində baş verib: “Görümüzü açmağa imkan olmadı. Hər şey bir anın içində oldu. Hətta şoka düşməyə də vaxt tapmadıq. Nəyə yanıram bilirsinizmi? Körpə balaların ölümünə. Malımız getdi, cəhənnəmə getsin. Onları qazana bilərik. Lap onsuz da yaşaya bilərik. Bəs balaca Fərəhi kim qaytara biləcək? Allah bu yanğına səbəb ola biləcək addım atanlara min lənət eləsin!”, - deyə bina sakinlərindin biri bildirib.

Sakinlərin bəziləri bildiriblər ki, yanmış evlərina baxdıqda bəzi əşyaların da yoxa çıxdığını görüblər. Bəziləri qızıl və ziynət əşyalarının, bəziləri isə lazımı sənədlərini tapa bilməyiblər.

Qeyd edək ki, rəsmi məlumata görə, dünənki dəhşətli yanğın zamanı 15 nəfər ölüb, 56 nəfər xəsarət alıb.

Yanan binanın sakinləri: “Mal cəhənnəm, Fərəhi kim qaytaracaq?”
Yanan binanın sakinləri: “Mal cəhənnəm, Fərəhi kim qaytaracaq?”
Yanan binanın sakinləri: “Mal cəhənnəm, Fərəhi kim qaytaracaq?”

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *