Quba sakinindən insanlıq dərsi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Video

Quba sakinindən insanlıq dərsi – VİDEO

Quba sakinindən insanlıq dərsi


Quba şəhər sakini Fərhad Vəliyev hər gün evinin qarşısında balaca stulda qəlyanaltı süfrəsi açır.

ANS -in bölgə müxbirinin məlumatına görə, Quba şəhər Heydər Əliyev prospektində 176 saylı evin qarşısında balaca stulda qoyulmuş qəlyanaltıda çay, limon, konfet və mürəbbə vardı. Fərhad kişi necə ildir bu adəti yaşadır. Hər gün qapısının qabağına ALLah yolunda çay və ərzaq qoyur. Yoldan keçən kasıb - kusub, xəstə, imkansız bu nemətlərdən dadsın deyə.

Hava yağış olduğundan bu qapıda ayaq saxlayan kimsəni görməsək də ev sahibi adətindən geri qalmamışdı. Müşahidələrimiz zamanı bir dəqiqə belə sakit dayanmayan, hey yağışın səkini basmasından, suyun ətrafa dolmasından danışan Fərhad kişini güclə danışdırmalı olurduq.

Fərhad Vəliyev bunun qədim bir adət olduğunu və bu adəti hamının yaşatmalı olduğunu dedi.

Qəribə hərəkətləri olsa da, Quba sakininin etdikləri təqdirəlayiqdi. Onsuz da qonaqpərvər camaatı olan Quba rayonunda bu xeyirxah adəti yaşadan, yoldan ötənə əl tutmağı sevən bu sakininin əməlini həqiqətən nümunə göstərməyə, təqdir eləməyə dəyər.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *