Avropa polisindən vəhşilik: azarkeş oğlunun yanında döyüldü – VİDEO
Portuqaliyanın Qimaraynş şəhərində polisin futbol azarkeşinə qarşı zorakılığı həvəskar kameranın obyektivinə tuş gəlib.
Polisin azarkeşlərdən biri ilə mübahisəsi bir qədər sonra dava-dalaşa çevrilib.
Təhlükəsizlik əməkdaşları azarkeşi oğlunun yanında döyüblər. Polisin bu hərəkəti Portuqaliya tənqid hədəfinə çevrilib.
Hadisə zamanı azyaşlının psixoloji gərginlik keçirməsi hökuməti polisə qarşı daha ciddi tədbirlər görməyə vadar edib.
Faktla bağlı istintaq araşdırması başladılıb. Polis vətəndaşın ona tabe olmaq istəmədiyini əsas gətirərək güc tədbiq etdiyini deyib.
Mənbə:> Evronews