Azərbaycanda polisin üstünə maşın sürdülər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Azərbaycanda polisin üstünə maşın sürdülər

Azərbaycanda polisin üstünə maşın sürdülər


Polis əməkdaşına sənədlərini təqdim etməyən şəxs maşını sürərək onun ayaqlarının üstündən keçib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə martın 30-da saat 12 radələrində Astarada baş verib.

Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Ayaz Hüseynov xidmətdə olarkən özünü şübhəli aparan “Kia” markalı avtomobilin sürücüsü Seymur Əliyevə yaxınlaşıb sənədlərini təqdim etməsini tələb edib. Tabeçilik göstərməyən S.Əliyev avtomobili hərəkətə gətirib A.Hüseynova ayaq nahiyəsindən xəsarət yetirdikdən sonra düşərək hadisə yerini tərk edib.

A.Hüseynovun avtomobilinə baxış zamanı 250 qram heroin, evindən isə 1 kiloqram 100 qram tiryək, 20 qram həşiş, 1 qram antefamin həbi, 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng, 54 ədəd patron və 1 ədəd beşbarmaq-bıçaq aşkar edilərək götürülüb.

Faktla əlaqədar əməliyyat-axtarış tədbirləri aparılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *