Bakıda şirkət rəhbəri mühafizəçini ölümünə döydü
Bu barədə Arqument.az-a şirkətdəki mənbələrdən məlumat daxil olub.
Mənbənin sözlərinə görə, işçi direktor müavininə yaxınlaşaraq, ondan məvacibinin bir qədər artırılmasını xahiş edib. Cavabında işçini küçə söyüşləri ilə təhqir edən İlqar Rzayevin ürəyi bununla soyumayıb. İşçini təpiyin altına salaraq, "Mənim arxamda bilirsən kim durub, səni öldürərəm” deyərək, onu sillə və təpiyə "qonaq edib”.
Aldığı zərbələrdən huşunu itirən mühafizəçi özünə gəldikdən sonra Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə şikayət edib. Hazırda "Riyad Mühafizə” şirkətinin direktor müavini ilə bağlı adıçəkilən bölmədə cinayət işi açılıb.
Xatırladaq ki, İlqar Rzayev son parlament seçkilərində 71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizəd olub.
Adı daim qalmaqallarda hallanan İlqar Rzayev bir neçə il öncə "MilAz” İnformasiya Agentliyinin baş direktoru, "Ayna” və "Zerkalo” qəzetlərinin əməkdaşı Cəsur Sümərinlini küçə söyüşləri ilə təhqir etmiş, onun bu əməlinə görə isə "Riyad Mühafizə” şirkətinin direktoru Etibar Qasımov rəsmi şəkildə jurnalistdən üzr istəmişdi.
Araşdırmalar davam edir...
Mənbə:> arqument.az