Şirkət 6 min 400 işçini Parisə aparır – FOTO
Çində fəaliyyət göstərən "Tiens Group" şirkəti minlərlə işçisini Fransaya tətilə göndərir.
ANS PRESS-in məlumatına görə, 12 min işçinin 6 min 400 nəfəri paytaxt Parisdə 4 gün istirahət edəcək. Sabahdan başlanacaq tətil üçün 140 oteldə yer də ayrılıb. Səyahtələ bağlı Fransanın Xarici İşlər Nazirliyi məlumatlandırılıb.
6 min 400 nəfər üçün çəkilən xərcin Fransa iqtisadiyyatına 13 milyon avro qazandıracağı gözlənilir. Ümumiyyətlə, son illərdə Çindən Fransaya gedən turistlərin sayı artır. Təkcə 2013-cü ildə Çindən Fransaya 1,7 milyon turist səyahət edib.
Qeyd edək ki, "Tiens Group"un 57 yaşlı patronu Li Jinyuan "Forbes" jurnalında 2011-ci ilin ən zəngin adamları sırasında olub.
Mənbə:> ANSPRESS