Həbsdəki sabiq nazirin xəstəxanaya yerləşdirilməsinin səbəbi bilindi
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov "Report"a açıqlamasında deyib ki, N.Quliyev müayinə məqsədilə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb: "Səhhətində müəyyən problemlər var. Hazırda müayinələr aparılır. Xəstəliyi nə olduğu barədə aparılan müayinələrdən sonra məlum olacaq".
* * * 14:39
17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev xəstəxanaya yerləşdirilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, səhhətində yaranan problemə görə o, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb.
Nicat Quliyevi 2013-cü il avqustun 7-də Milli Təhlükəsizlik Nazirliyi həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub.
O, qanunsuz odlu silah saxlamada təqsirli bilinib.
Sumqayıt Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Mənbə:> Modern.az