Bakı-2015 mağazalarındakı malların qiyməti – FOTO
Bakı-2015 Avropa Oyunlarının Bulvar ərazisində yenicə açılmış mağazası artıq müştərilərini qəbul etməyə başlayıb.
ANS PRESS-in əməkdaşının mağazada apardığı müşahidələrdən məlum olub ki, Bakı-2015 brendli mallara tələbat yüksəkdir. Mağazanın satıcısı deyir ki, həm vətəndaşlarımız, həm də turistlər mağazaya böyük maraq göstərir:
"Turistlər milli geyimdə gəlincik, kəlağayı və suvenirlər alırlar. Vətəndaşlarımız isə daha çox köynəklərə tələb göstərirlər. Satışlar da normaldır. Həftə sonu satış daha yüksək olur. Bulvara gəzintiyə gələn insanlar yolunu hökmən burdan salırlar", - deyə mağaza satıcısı söyləyib.
Mağazada keçirdiyimiz qısa bir vaxt ərzində bir neçə müştərinin alış-veriş etdiyi gördük. Ailələr uşaqları ilə gələrək zövqlərinə uyğun geyimlər alırdılar.
Mağazada satılan Bakı-2015 brendli malların qiymətləri isə belədir:
Şəki kəlağayısı - 40 AZN;
ləçək - 18 AZN;
milli geyimdə gəlincik - 240 AZN;
nərdtaxta - 275;
bruloklar - 4 AZN;
futbolkalar - 12-15;
bayraq - 6 AZN;
corab - 5 AZN;
idman çantası - 16 AZN;
baş geyimi - 6 AZN;
naxışlı dəsmal - 13 AZN.
Mənbə:> ANSPRESS