Dünya üçün çox pis xəbər
Antraktidanın qərbində yerləşən "Larsen B" buz qatının qalan hissəsi 2020-ci ilə qədər əriyib yox olacaq.
ANS PRESS-in məlumatına görə, bu qənaətə NASA-nın apardığı uzunmüddətli araşdırmalardan sonra gəlinib.
Belə ki, ən sağlam buz qatı sayılan "Larsen B" sürətlə əriyir və qarşıdakı 10 ildə tamamilə məhv olacaq.
Antraktidada buz qatlarının sürətlə əriməsi okeanda suyun səviyyəsinin sürətlə yüksəlməsinə səbəb olacaq.
NASA sözügedən buz qatının 2002 (solda) və 2012-ci illərdəki fotolarını müqayisəli şəkildə təqdim edib.
NASA-nın yaydığı açıqlamada bildirilir ki, "Larsen B" buz qatının ətrafında axıntı son illər sürətlənib və buz təbəqəsi parçalanır. Axıntılar böyük buzlaqlarda çatlar əmələ gətirib.
2002-ci ildə "Larsen B" buz qatında qopma nəticəsində təhlükə yaranmışdı və dünya mətbuatının gündəmini zəbt etmişdi. Bu buz qatının 10 min il yaşı var.
Mənbə:> ANSPRESS