Çağırışçı qadınların bakirəliyi yoxlanır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Çağırışçı qadınların bakirəliyi yoxlanır

Çağırışçı qadınların bakirəliyi yoxlanır


İnsan hüquqları təşkilatları İndoneziyanı milli orduya çağırılan qadın çağırışçıların bakirəlik yoxlamasından keçirilməsini dayandırmağa çağırıblar.

ANS PRESS-in məlumatına görə, Human Rights Watch (HRW) təşkilatının müraciətində deyilir ki, bəkarətin yoxlanması təhqiramiz prosedurdur.

İşgəncə Qurbanlarının Beynəlxalq Bərpa Şurası (İnternational Rehabilitation Council for Torture Victims - IRCT) isə bəyan edib ki, bakirəlik yoxlamaları qadın hüquqlarının kobudcasına pozulması deməkdir.

IRCT və HRW bildiriblər ki, bakirəlik yoxlamasına həmçinin zabitlərin nişanlıları da məruz qalırlar.

Dünya Səhiyyə Təşkilatı (The World Health Organization) bakirəlik testlərini seksual zorakılıq forması hesab edir. Təşkilat bildirir ki, qızlıq pərdəsi ən müxtəlif səbəblərdən natamam ola bilər.

İndoneziya ordusu isə bu tədbiri müdafiə edərək bildirir ki, yoxlama əxlaqsız qadınların orduya qəbul edilməsinin qarşısını almaq üçündür. İndoneziya polisi belə yoxlamalara görə artıq ötən il tənqidlərlə üzləşməli olub və bu müəyyən fayda verib. İndoneziya hökuməti dövlət qulluğuna işə götürülən qadınların bakirəlik yoxlamalarını dayandırıb.

Qeyd edək ki, Yava adasının bəzi yerlərində orta məktəbə başlayan qızların yoxlanması da bu ildən ləğv edilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *