Avtomobiliniz yay mövsümünə hazırdır? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Video

Avtomobiliniz yay mövsümünə hazırdır? – VİDEO

Avtomobiliniz yay mövsümünə hazırdır?


Yay mövsümünün gəlişilə əlaqədar olaraq sürücülər avtomobillərinin texniki cəhətdən saz olmasına diqqət yetirməlidirlər. Bəs görəsən sürücülər yayın gəlməsi və havaların istiləşməsilə bağlı avtobillərdəki texniki nasazlıqları aradan qaldırmağa hazırdılar.

“Yay mövsümü ilə əlaqədar olaraq avtomobili baxışa gətirmişik. Məqsəd isə avtomobildə mövcud olan nasazlıqları aradan qaldırmaqdır. Hazırda qış mövsümündən qalan qış təkərlərini dəyişdirəcəyik”, – deyə sürücü Arif İsmayılov bildirib.

Sürücü Vüqar Şükürov isə deyir ki, idarə etdiyi avtomobilin kondisionerində problem yaranıb, amma ümumilikdə yay mövsümünə tam hazırdır.

Sürücülərin yay aylarında üzləşdikləri çətinliklərdən ən başlıcası isə avtomobilin soyutma sisitemi və təkərlərində əmələ gələn problemlərdir. Xüsusən isti havalarda uzaq səfərə gedən sürücülərə avtomobildəki bu tipli nasazlıqları aradan qaldırmaları tövsiyyə olunur.

Usta Sahil Ağabəylinin sözlərinə görə, ilk növbədə avtomobilin təkərlər dəyşdirilməli, kondisionerləri də yoxlanılmalıdır.

Ekspertlər həmçinin avtomobillərin mühərrik hissəsində olan problemlərin yay aylarında özünü daha qabarıq biruzə verdiyi bildirirlər. Bu səbəbdən yolunu avtomobil təmiri sexindən salan sürücülər nəqliyyat vasitələrinin tam istifadəyə yararlı olmasına əmin olandan sonra sükan arxasına keçməlidirlər.

“Yay aylarında daha çox mühərrikin soyutma sisteminə fikir vermək lazımdır. Belə ki, yay aylarında havanın hərarət yüksək olur, həm də mühərrik işlədikcə temperatur artır. Təbii ki, bütün bunlara sonda avtomobil sürücüləri üçün problem yaradır”, – deyə ekspert Ərşad Hüseynov qeyd edib.

Yol qəzalarının baş verməməsi və getdikləri ünvana sağ-salamat çatmaları üçün sürücülər elə indidən nəqliyyat vasitələrini olan nasazlıqları aradan qaldırsalar yaxşı olar.



Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *