Tək böyrəkli “qol kralı” evə buraxıldı
Ötən günlərdə səhhətindəki şikayətlə bağlı xəstəxanaya aparılan Braziliya və dünya futbolunun canlı əfsanəsindən yeni xəbər var.
ANS PRESS-in məlumatına görə, altı ay əvvəl səhhətində yaranan narahatlıqlar səbəbilə xəstəxanaya çatdırılaraq əməliyyat olunan sabiq qolçu ötən günlərdə yenidən özünü yaxşı hiss etmədiyi üçün San-Paulodakı Albert Eynşteyn adına xəstəxanaya aparılmışdı.
Prostat vəzinin hiperplaziyası ilə bağlı əməliyyat olunan “qol kralı” ötən ilin dekabr ayında da bir dəfə əməliyyat olunmuş və daha sonra səhhətinin normal olduğunu, pərəstişkarlarına narahatlıq keçirməməyi demişdi.
Qeyd edək ki, 74 yaşlı Pele sidik yolu infeksiyasına yoluxmuşdu. Bundan əvvəl xəstəxanada intensiv müalicə kursu keçən futbolçunun qanı təmizlənmiş, həmçinin illərdir bir böyrəklə yaşadığı məlum olmuşdu.
Mənbə:> ANSPRESS