Mayın 9-da bu prospekt bağlı olacaq
2015-ci il mayın 9-da Bakı 2015 I Avropa Oyunlarına hazırlıq məqsədilə, Bakı Olimpiya Stadionunda hazırlıq tədbiri keçiriləcək.
Oxu.Az Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu məqsədlə mayın 9-da saat 12:00-dan 19:00-dək, Mehdi Hüseyn küçəsinin Parlament Prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Həmçinin, bu müddət ərzində Bakı Olimpiya Stadionu istiqamətində fəaliyyət göstərən ictimai nəqliyyatda və metronun Koroğlu stansiyasında sıxlıq olacağı gözlənilir.
Buna görə də, şənbə günü, ictimai nəqliyyatdan istifadə edəcək şəxslərdən qeyd edilənləri nəzərə almaları xahiş olunur.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli