Avropa Oyunları keçirilən ərazilərdə parkinqə icazə vərəqəsi – FOTO
Avropa Oyunları keçirilən ərazilərə giriş və orada avtomobilləri saxlamaq üçün xüsusi icazə vərəqələri avtomobillərin ön şüşəsinə yapışdırılmalıdır.
ANS PRESS-in məlumatına görə, sakinlər üçün buraxılış vərəqələri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yalnız seçilmiş şəxslərə veriləcək. Yəni oyunlar keçirilən ərazilərə yaxın yerlərdə yaşayanlar həmin buraxılış vərəqələrini ala biləcəklər.
Buraxılış vərəqələri məskunlaşma ərazisinə görə kodlaşdırılıb. Ərazi koduna əsasən vətəndaşa verilən buraxılış vərəqi imkan verəcək ki, göstərilən yerdə maşın saxlamaq olar.
Qeyd edək ki, maşınını icazə vərəqəsində qeyd edilən yerdən kənarda saxlayan şəxsin avtombili həmin ərazidən dərhal uzaqlaşdırılacaq. Lakin vətəndaşlar avtomobillərini rahat şəkildə həyətlərində, yeraltı dayanacaqlarında və hərəkətə mane olmayan ərazilərdə saxlaya bilərlər.
Baş Dövlət Yol Polis İdarəsi, Nəqliyyat Nazirliyi, Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi vətəndaşlara bir daha müraciət edərək bildirir ki, Avropa Oyunları keçirilən müddətdə mümkün qədər şəxsi avtomobillərindən istifadə etməsinlər. Yaxşı olardı ki, ictimai nəqliyyatdan istifadə olunsun.
AzNews.info sakinlər üçün parkinqə icazə vərəqəsinin nümunələrini təqdim edir.
Mənbə:> ANSPRESS