Peyğəmbər karikaturalarının sərgisi qansız ötüşmədi – FOTO
ABŞ-ın Texas ştatının Qarlend şəhərinin sərgi mərkəzlərinin biri bütün müsəlmanların dini hissiyatına toxunacaq hərəkətə imza atıb.
ANS PRESS-in məlumatına görə, burada Muhəmməd (s.) peyğəmbərin qalmaqallı karikaturalarının sərgisi keçirilib.
Sərgi qansız ötüşməyib. Belə ki, Breakingnews portalı xəbər verir ki, sərgi mərkəzinin qarşısında güclü atışma baş verib.
Atışma nəticəsində 2 nəfər ölüb.
Hazırda polis biznes mərkəzdə olan insanların təxliyyəsi ilə məşğuldur.
Sərgi mərkəzinin qarşısında şübhəli maşın var və hazırda sapyor-robot partayıcı qurğu olma ehtimalını araşdırır.
Mənbə:> ANSPRESS