İslam dünyanın ən böyük dininə çevrilir
Əsrin sonunadək İslam Xristianlığı ötərək dünyanıın ən böyük dininə çevriləcək.
ANS PRESS-in məlumatına görə, bu barədə proqnozu nüfuzlu sorğu təşkilatı olan Pew Araşırma Qrupundan Konrad Haket bildirib.
“Biz gözləyirik ki, 2070-ci ildə qlobal əhalidə xristianlarla müsəlmanların sayı bərabərləşəcək”- deyə qrupdan bildiriblər.
Ekspertlər deyir ki, sorğunun digər nüanslarına da nəzər salmaq lazımdır. Həm müsəlmanlar həm xristianlar üçün bu dəyişikliklərin əsas səbəbi Afrikadakı ümumi əhali artımıdır. Əsrin ortalarına dünya xristianlarının 40 faizi Afrika qitəsində yaşayacaq.
Buddistlər üçün isə heç nə dəyişməyəcək- onların sayı yarım milyard olaraq qalacaq.
Lakin bəzi tədqiqatçılar ehtimal edirlər ki, şəxsiyyətlərin dini mənsubiyyətlərini ölçmək qeyri-dəqiq elmdir və fantastik iddia olsa da demoqrafik trendlər gözlənilməz istiqamətdə dəyişə bilər.
Mənbə:> ANSPRESS