Bu qadınlar çox xoşbəxtdir – FOTO
Fransız fotoqraf Vyetnamadakı qəsəbələrdən birində maraqlı bir adətlə qarşılaşıb.
ANS PRESS-in məlumatına görə, fransalı fotoqraf Nikolas Cek Vyetnama səfəri çərçivəsində Sahiqan qəsəbəsində də olub. Fotoqraf orada qadınlara məxsus maraqlı bir xüsusiyyəti kəşf edib.
Onun çəkdiyi fotoşəkillərdə qadınların əksəriyyəti utanaraq əlləri ilə ağızlarını gizləyirlər. Bunun bir vərdiş olduğunu düşünən Cek, daha sonra öyrənib ki, onların fikrincə, bu, qadının nə qədər təvazökar, nəzakətli və zərif olduqlarını göstərir.
“Bu şirin qəsəbədəki insanların üzündəki təbəssüm nə qədər xoşbəxt olduqlarının sübutudur. Bu insanlar cənnətdədir sanki”, - deyə fransız fotoqraf bidirib.
Qeyd edək ki, Sahiqan qəsəbəsinin adı da Vyetnam dilində “xəşbəxt” mənasını verir.
Mənbə:> ANSPRESS