Bu şəkillər ürək sızladır – FOTO
Vəhşi təbiət fotoqrafının çəkdiyi bir şəkil görənlərin ürəyini sızladıb.
ANS PRESS-in məlumatına görə, şəkli Roel van Muiden adlı bir fotoqraf çəkib. Belə ki, o, bir zebra balasının palçığa düşdüyünü və oradan heç cür çıxa bilmədiyini görüb. Kənarda isə bir neçə kərgədan olub. Həmin kərgədan biri zebra balasına kömək etmək üçün buynuzu ilə onu qarnından qaldıraraq kənara qoyub. Lakin heyvanın buynuzu zebra balasının qarnını deşib və zebra ölüb.
Fotoqraf Roel van Muiden isə zebra balasının palçığa düşməsinin, kərgədanın ona kömək etməsinin şəkillərini çəkib. Hadisəni anbaan lentə alan fotoqraf daha sonra həmin şəkilləri internetdə paylaşıb.
Cənubi Afrikada "Kruger" parkında da maraqlı hadisə baş verib. Bir antilop düşməni olan leoparda yaxınlaşıb. Leopard da antilopun bu davranışı qarşısında laqeyd qalmayıb. Həmin leopard da onu parçalayaraq öldürmək əvəzinə onunla nəvazişlə davranıb, hətta oynayıb. Hadisənin şahidi olan 31 yaşlı Estian isə heç vaxt belə bir hadisənin şahidi olmadığını deyib. Lakin o həm də bildirib ki, leopardın belə rəftarı öldürmə bacarığını inkişaf etdirmək üçün instinktiv davranışdır.
Keniyada da maraqlı hadisə baş verib. Burada 20-yə yaxın kaftar hamilə olan və tezliklə doğmalı olan zebraya hücum edib. Qəfildən 20-ə qədər kaftarın ortasında olan zebra qaça bilməyib və vəhşi heyvanlara yem olub. Fotoqraf Mark Mol bunun təxminən 20 dəqiqə davam etdiyini deyib. 20 kaftarın 1 hamilə zebranı parçalamsını sonadək izləyən fotoqraf bildirib ki, "bu, həyatında gördüyü ən təsirli hadisələrdən biridir".
Mənbə:> ANSPRESS