"Analar günü" üçün hazırlanmış bu film izlənmə rekordu qırır – VİDEO
Avstraliyada “Analar günü” üçün hazırlanmış video-çarx qısa müddətdə izlənilmə rekordu qırıb.
Ana ilə uşaqları arasındakı bağlılığı göstərmək üçün sınaq keçirilib. Belə ki, 6 qadın və onların övladları boş bir sahəyə toplanılıb. Uşaqların gözləri bağlanılıb və sadəcə toxunmaqla həmin qadınlardan hansının öz anaları olduğunu tapmaları istənilib. Övladlarının düzgün seçim etdiyini görən xanımlar göz yaşlarını saxlaya bilməyiblər.
“Youtube”da qısa zaman ərzində 4 milyondan çox insan tərəfindən izlənilən videonu məşhurlar da bəyəniblər. Tanınmış aktyor Eşton Katçer “Bütün gün buna baxa bilərəm” deyib.
Mənbə:> Sosialmedia.az