Bu gün uşaq Türkiyə prezidenti olacaq
Bu gün Türkiyədə “Milli Suverenlik və Uşaq Bayramı”dır (Ulusal Egemenlik ve Çocuk bayramı).
ANS PRESS-in xəbərinə görə, ölkədə keçirilən “23 aprel” dünyada qeyd olunan ilk uşaq bayramıdır.
“Bu günün balacaları sabahın böyükləridir” deyən Atatürk, bayram ərəfəsində dövlətin idarəsinin uşaqların öhdəsinə buraxılması ənənəsini başladıb. Bu çərçivədə keçirilən 23 aprel (23 nisan) tədbirlərində uşaqlar nitq söyləyir, şeirlər oxuyurlar.
Qeyd edək ki, hər il 23 apreldə Türkiyə prezidenti, baş naziri, şəhər valiləri, habelə bələdiyyə sədrləri ilə kənd və qəsəbə muxtarları öz yerlərini müəyyən olunmuş uşaqlardan birinə verir və onların bu vəzifədə verdiyi göstərişlərə riayət olunur.
Mənbə:> ANSPRESS