Sabunçuda xəstəxanada ölən danimarkalı Bakıda basdırıla bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Sabunçuda xəstəxanada ölən danimarkalı Bakıda basdırıla bilər

Sabunçuda xəstəxanada ölən danimarkalı Bakıda basdırıla bilər


Bakıda dünyasını dəyişmiş təyyarə sərnişini, Danimarka vətəndaşı Alen Lastenin meyitinin daşınma xərclərinin yüksək olması ilə əlaqədar, ailəsi onun Azərbaycanda dəfn edilməsi imkanlarını nəzərdən keçirir, Oxu.Az “Kavkazskiy uzel”ə istinadən xəbər verir.

Aprelin 19-da Banqkokdan Kopenhagenə uçan təyyarə Danimarka vətəndaşı Alen Lasteinin səhhətinin pisləşməsi ilə bağlı Bakıda məcburi eniş etmişdi. Aprelin 21-də Lasten dünyasını dəyişib.

Mərhumun cəsədi hələ də Bakıdadır.

“Biz onun doğmalarını məlumatlandırdıq ki, cəsədin Danimarkaya göndərilməsi təxminən 5-6 min avroya başa gələcək. Bakıda dəfn isə dəfələrlə ucuz olacaq”, - deyə, Danimarkanın Bakıdakı fəxri konsulluğundan “Kavkazskiy uzel”ə bildiriblər.

“Xərcləri ölənin yaxınları çəkməlidir”, - deyə, konsulluq əməkdaşı bildirib.

“Doğmaları onun meyitini yandırmaq və külünü Danimarkaya göndərmək istəyirdilər. Lakin Azərbaycanda belə imkan yoxdur. Biz onun ailəsindən cavab gözləyirik. Son məlumata görə, onlar Lasteni Bakıda basdırmağa meyllidirlər”, - deyə, o, izah edib.

Konsulluqdan bildiriblər, Lasteni onun qızı müşayiət edirmiş. Diplomatlar mərhumun 1941-ci il təvəllüdlü olduğunu bildiriblər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *