Bakıda general oğlu ilə davada yaralanmış şəxs dünyasını dəyişdi
Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə idarəsinin rəisi general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevlə davada yaralanmış şəxs xəstəxanada dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə haqqin.az-a hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələr xəbər veriblər.
Bildirilir ki, adı çəkilməyən yaralı şəxs dünən Bakının xəstəxanalarından birində dünyasını dəyişib.
Xatırladaq ki, aprelin 10-da general Şərif Əsədullayevin oğlu “Senator” restoranında dava salaraq, münaqişə iştirakçılarından birini bıçaqla vurub. Tamerlan Əsədullayev polisdən qaçıb gizlənməyə çalışsa da, hüquq-mühafizə orqanları onu saxlaya biliblər.
Yasalam rayon Polis İdarəsinin İstintaq şöbəsi 126.2.4 (sağlamlığa ağır zərər vurma) və 221.3 (silah və ya silah qismində predmetdən istifadə etməklə törədilmiş xuliqanlıq) maddələri üzrə cinayət işi qaldırıb.
Aprelin 10-da Yasamal rayon məhkə
Mənbə:> Oxu.Az