Həmcinslərini fahişəliyə sürükləyən tutuldu
Bakıdan və Sumqayıtdan qadınları aldadaraq fahişəliyə məcbur edən şəxsi polis yaxalayıb.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən keçirilib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Afət Hacıyeva saxlanılıb.
Saxlanılan qadın gəlir əldə etmək məqsədilə həmcinslərini Türkiyəyə aparıb cinsi istismara məruz qoyurmuş.
Hazırda onun qurbanı olan qadınların sayı və kimliyi araşdırılır.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> ANSPRESS