I Avropa Oyunları zamanı yeni stansiyalardan istifadə olunacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

I Avropa Oyunları zamanı yeni stansiyalardan istifadə olunacaq

I Avropa Oyunları zamanı yeni stansiyalardan istifadə olunacaq


“Bakı 2015” I Avropa Oyunlarının keçirilməsi ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) üzərinə düşən vəzifələrdən biri də radiotezliklərin müdafiəsinin təşkilidir. Bununla bağlı nazirliyin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən mobil sistemlər üçün xüsusi təchiz edilmiş 5 avtomobil alınıb. Avtomobillər oyunlar zamanı radiotezliklərin radiomonitorinqi və yer təyini üçün istifadə olunacaq.

Nazirlikdən verilən məlumata görə, yeni alınmış “ATLAS 40G-S” mobil radiomonitorinq stansiyalarının texniki xarakteristikalarına görə, buraya radiosiqnalların aşkar edilməsi (20 MHs-40 GHs); radiosiqnalın yerinin təyin edilməsi (pelenqasiya) (30 MHs-6 GHs); radiosiqnalın istiqamətinin təyin edilməsi (20 MHs-40 GHs); analizatorun tipi (ROHDE & SCHWARZ FSV40); stansiyanın yerləşdiyi avtomaşının tipi (Ford Transit); müşahidə edilən siqnalların polyarizasiyası (Horizontal,Vertikal) daxildir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *