Avropa Oyunları zamanı istifadə olunacaq təcili yardım helikopterləri » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə, İdman, Foto

Avropa Oyunları zamanı istifadə olunacaq təcili yardım helikopterləri – FOTO

Avropa Oyunları zamanı istifadə olunacaq təcili yardım helikopterləri


Bakı 2015 I Avropa Oyunları zamanı istifadə olunacaq ambulans-helikopterlərin texniki göstəriciləri məlum olub.

Oxu.Az xəbər verir ki, müqaviləyə əsasən, Azərbaycan bir neçə il öncə aldığı AgustaWestland-139 helikopterlərini təcili tibbi yardım xidməti göstərən ambulans-helikopterlər kimi istifadə edəcək.

Dünənki məlumata əsasən, fövqəladə hallarda istifadə ediləcək helikopterlər artıq hazır vəziyyətdədirlər.

AgustaWestland-139 iki mühərrikli yeni nəsil orta sinfi təmsil edən helikopterlərdəndir.

AW-139 ekonomik göstəricilərə, yüksək uçuş-texniki xüsusiyyətlərə, çoxfunksionallığa və yüksək dözümlülüyə malik olan helikopter sayılır.

Avropa Oyunları zamanı istifadə olunacaq təcili yardım helikopterləri


AW-139 öz sinfində saatda 311 km sürət yığan yeganə helikopterdir. Helikopter havaya maksimal 6 800 kiloqram çəki ilə uça bilər.

Avropa Oyunları zamanı istifadə olunacaq təcili yardım helikopterləri


Adıçəkilən helikopter maksimum 15 sərnişini yüksək sürətlə rahat daşıya bilər. Baqaj giriş xaricində, eləcə də helikopter daxilində mümkündür.

Avropa Oyunları zamanı istifadə olunacaq təcili yardım helikopterləri


AW-139 son tələblərə uyğun hazırlanıb.

Avropa Oyunları zamanı istifadə olunacaq təcili yardım helikopterləri


Qeyd edək ki, I Avropa Oyunları zamanı Azərbaycana əlavə olaraq 100 təcili yardım maşını gətirilib. Onlardan 95-i Bakıda, 5-i isə Mingəçevirdə istifadə olunacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *