Smartfonlarda yeni imkan » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Smartfonlarda yeni imkan

Smartfonlarda yeni imkan


Müasir smartfonlara quraşdırılmış sensorlar istifadəçinin yerdəyişməsini fiksasiya edir, qurğunun mövqeyindən asılı olaraq ekranı çevirir.

AzNews.info-nun məlumatına görə, ABŞ-da fəaliyyət göstərən bir qrup tədqiqatçı smartfonların zəlzələlər haqqında erkən xəbərdarlıq sistemlərində faydalı alət kimi bir çox insanın həyatını xilas edəcəyini bildirib. Bu barədə İCT xəbər yayır.

Smartfonlara quraşdırılmış akselerometrlər sayəsində 7 və daha çox bal gücündə olan zəlzələni proqnozlaşdırmaq mümkündür.

Tədqiqatlara əsasən, akselerometrlər və GPS-modullardan əldə olunan məlumatları birləşdirərək, real vaxt rejimində seysmik fəallığın dəqiq xəritəsi yaradılacaq.

Qeyd edək ki, bu xidmət ödənişsizdir. Smartfon istifadəçilərinin təhlükə haqqında dərhal xəbərdarlıq alması üçün hazırlanmış xüsusi proqramı smartfona yükləməsi kifayətdir.

Lakin analizin yüksək dəqiqliklə həyata keçirilməsi üçün seysmik cəhətdən fəal bölgələr haqqında məlumatların əldə olunmasına ehtiyac duyulur.

Mənbə: ICTnews.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *