Bakıda bölünən maşında ölənlərin kimliyi məlum oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Avto, Foto, Video

Bakıda bölünən maşında ölənlərin kimliyi məlum oldu – VİDEO+FOTO

Bakıda bölünən maşında ölənlərin kimliyi məlum oldu


Ötən gecə Bakının Nizami rayonu ərazisində baş verən dəhşətli qəzada ölənlərin və yaralının kimliyi məlum olub.

Nizami rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Ziya Bünyadov prospektində baş verən ağır yol qəzası nəricəsində 1954-cü il təvəllüdlü Akif Səlim oğlu Səlimov ağır yaralanıb. Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.

Qəza zamanı dünyasını dəyişən 1984-cü il təvəllüdlü Faiq Rafiq oğlu Dəmirov, 1990-cı il təvəllüdlü Zaur Sərvər oğlu Əmirov və onun əmisi oğlu, 1985-ci il təvəllüdlü Anar Sərdar oğlu Əmirovdur.

Qeyd edək ki, ötən gecə Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospekti istiqamətində yüksək sürətlə hərəkətdə olan “Lifan” markalı minik maşını yolun kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobil iki hissəyə bölünüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



Bakıda bölünən maşında ölənlərin kimliyi məlum oldu

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *