Bakıda müəllimlərin etirazı – VİDEO
AzNews.info-nun ANS-ə istinadən məlumatına görə, paytaxtın 5 rayonunun müxtəlif təhsil ocaqlarından bura yığışan müəllimlər deyir ki, onlar bir saat əvvəldən bura çağırılıblar.
Məlum olub ki, müəllimlər imtahan verməli olacaq. Buna görə də müəllimlər buna etiaz olaraq imtahana girməyiblər. Bildirirlər ki, yalnız elə 95 saylı məktəbin pedaqoqları imtahana daxil olub. Dediklərinə görə, artıq ikinci dəfədir imtahan verirlər, hətta sertifakatla da təmin olunublar.
Təhsil Nazirliyinin əməkdaşları isə bildirdilər ki, hazırda təhsil ocağında imtahan deyil sadəcə sınaq imtahanlarında aşağı nəticə göstərmiş müəllimlərin təlim kursu təşkil edilib. Etiraz edən müəllimlər arasında da anlaşmazlıq yaranıb. Təhsil işçilərinin bilik səviyyəsi qiymətləndirilən kursda müəllimlər könüllü və pulsuz şəkildə iştirak edə bilər.
Nazirliyin nümayəndəsi müəllimləri əmin edib ki, heç bir müəllim kursda iştirak etmədiyinə görə cəzalandırılmayacaq. Bundan əlavə bu tip qiymətləndirmələr yay aylarına qədər davam edəcək.
Mənbə:> ANSPRESS