Paris 1 saniyədə yox ola bilər
Astronomlar 1 000 ildən bir dünyaya radiusu 100 metr olan səma cismi düşdüyünü bildirərək bunun, bir göz qırpımında Parisi xəritədən silə biləcəyini iddia ediblər.
ANS PRESS-in məlumatına görə, okeana düşəcəyi təqdirdə həmin cismin onlarla metr hündürlükdə sunamiyə səbəb olacağı və fəlakətlə nəticələnə biləcəyi qeyd edilib.
“Le Figaro”nun xəbərinə görə, hər iki ildən bir toplaşan alimlər belə bir ehtimal qarşısında problemin potensial həlli yolunu müzakirə edirlər.
Məlumata görə, bu həftə İtaliyanın Fraskati şəhərində bu toplantının dördüncüsü keçiriləcək.
Digərlərindən fərqli olaraq bu toplantıda simulyasiya həyata keçiriləcək və iştrakçılar təhlükə yaradan vizual asteroid üzərində iş aparacaqlar.
Mənbə:> ANSPRESS