Metrodan pis xəbər
"28 May" metro stansiyasının girişinin istifadəyə verilməsi 3 ildən sonra mümkün olacaq".
Bunu ANS PRESS-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, hazırda həmin ərazidə kompleks tədbirlər görülür:
"Metropolitendə yaşıl xəttlə qırmızı xəttin ayrılması üçün plan hazırlanıb. Planın icrası üçün Fransa şirkətilə müqavilə bağlanıb. İşlər ümumilikdə 36 ay ərzində həyata keçiriləcək. İki böyük tunel qazılacaq. Tunelin hər biri 100 metr uzunluqda olacaq. İşlər mərhələli şəkildə həyata keçiriləcək. İşlərin yekunlaşmasına az müddət qalmış “28 may” stansiyası sərnişinlərin istifadəsi üçün bağlanacaq”, - deyə Nəsimi Paşayev bildirib.
Qeyd edək ki, "28 may" stansiyası həmin müddətdə 5 həftə bağlı qalacaq.
Mənbə:> ANSPRESS