Ata evinə buraxılmayan Bakı sakini parklarda yatır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Ata evinə buraxılmayan Bakı sakini parklarda yatır

Ata evinə buraxılmayan Bakı sakini parklarda yatır


Bakının Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 44 ünvanında qeydiyyatda olan Cavanşir İsmayılov deyir ki, o, artıq 23 ildir çöllərdə yaşayır. Özü də evi ola-ola.

Müsahibimin sözlərinə görə, pul qazanmaq məqsədilə vaxtilə ata mülkündən çıxaraq Rusiyaya üz tutub. Amma iş elə gətib ki, o, 8 il Rusiyada məhkumluq həyatı yaşayıb. Azadlığa çıxıb ölkəyə üz tutanda isə onu evə buraxmayıblar. Bunu da məhz qardaşı Sabir edib. Daha sonra Cavanşir İsmayılov 4 il paytaxtda məhkumluk həyatı yaşamalı olub.

2011-ci ildən azadlığa çıxan Cavanşir İsmayılov evə buraxılmadığı üçün parklarda yaşamaq məcburiyyətində qalıb. İkinci qrup əlil olan müsahibim deyir ki, o, həm də vərəm xəstəliyindən əziyyət çəkir.

Qardaşından ata mülkündə yaşamağa icazə istədikdə sənin burda yaşamağa hüququn yoxdur cavabını eşidib. İş məhkəməyə qədər gedib çıxıb. Qərar verilib ki, Cavanşir İsmaylovun tam hüququ var ki, ata mülkünda yaşasın.

“1992-ci ildə etibarən evdən çıxıb Rusiyaya getmişəm. O vaxtdan da mən evin qapısını aça bilmirəm. Qardaşım məndən 4 yaş kiçikdir. Uşaq vaxtı onun əlindən tutub gəzdirmışəm. Anlaya bilmirəm ki, qardaşların arasın girən üçünçü şəxs kimdir. Qardaşım heç bir vaxt mənə qarşı bu cür hərəkət etməyib. Amma indi edir”, – deyə şikayətçi Cavanşir İsmayılov qeyd edib.

Məsələ ilə bağlı sözügedən ünvana yollandıq. Qapını döysək də bizə cavab verən olmadı. Ərazidən uzaqlaşırdıq ki, özünü müsahibimin qardaşının yoldaşı kimi təqdim edən Tamamgül İsmayılova ilə qarşılaşdıq.

Onun sözlərinə görə, Cavanşir dəfələrlə oğurluq etdiyinə görə yoldaşı polis bölmələrinə dəvət olunur. O, mənzildə əvvələr yaşayarkən də öz atasından oğurluq edirmiş. Bu fikrilər isə tərəflərin bir-birilə mübahisəsinə səbəb oldu.

Cavanşir İsmaylov ərazidən uzaqlaşdıqdan sonra Tamamgül xanım bizimlə həmsöhbət oldu. Məlum oldu ki, o, Cavanşirin mənzildə yaşamasını istəmir:

“Qərar qəbul edilib, o vərəm xəstəsidir, getsin müalicə alsın. Sonra gəlib yaşasın. Evdə körpə uşaq var. Cavanşir İsmaylovun əli əyridir”.

Hüquq müdafiçisi Tahir Əlirzayev bildirdi ki, Cavanşir İsmayılov mənzildə tamhüquqlu olaraq yaşaya bilər. Amma imkansız olduğundan elə qardaşının hesabına xəstəxanaya yerləşdirlirb müalicə aldıqdan sonra.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *