80 ildən sonra Ayasofiyada ilk » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Tarix, Foto, Video

80 ildən sonra Ayasofiyada ilk – VİDEO+FOTO

80 ildən sonra Ayasofiyada ilk


İslam peyğəmbəri Həzrəti Muhamədin (S) dünyaya gəlməsinin 1444-cü ildönümü münasibəti ilə Türkiyənin İstanbul şəhərindəki Ayasofiya məscidində peyğəmbər sevgisi mövzulu sərgi keçirilir.

ANS PRESS-in məlumatına görə, dünyanın müxtəlif ölkələrindən sənətkarların iştirak etdiyi sərgidə İslam peyğəmbərini tərənnüm edən xəttatlıq nümunələri nümayiş olunur.

Sərginin açılışında rəsmi din qurumu “Diyanət”in sədri Mehmet Görmez, İstanbul valisi Vasip Şahin, Mədəniyyət və Turizm nazirliyinin müşaviri Əhməd Haluk Dursun, İstanbul müftisi Rəhmi Yaran iştirak ediblər.

Açılış zamanı tədbirdə Qurani Kərim də oxunub ki, bu, Ayasofiyanın məscid kimi fəaliyyətinin dayandırılıb muzeyə çevrilməsindən sonra ilkdir.

Qeyd edək ki, 1453-cü ildə Osmanlı padşahı II Mehmet (Fatih) tərəfindən İstanbulun fəth edilməsi ilə Ayasofiya kilsəsi məscidə çevrilib və 482 il bu istiqamətdə fəaliyyət göstərib. 24.11.1934-cü ildə isə Atatürkə istinad edilən sərəncamla muzeyə çevrilib və 1 fevral 1935-ci ildən ibadətə bağlanıb.

80 ildən sonra Ayasofiyada ilk
80 ildən sonra Ayasofiyada ilk
80 ildən sonra Ayasofiyada ilk



Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *