Azərbaycanlı qız “ölüm reysi”ndən necə qurtuldu? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanlı qız “ölüm reysi”ndən necə qurtuldu?

Azərbaycanlı qız “ölüm reysi”ndən necə qurtuldu?

Məlum olduğu kimi, iki gün əvvəl Moskvanın “Şeremetyevo” aeroportunda dəhşətli faciə baş verib. “Aeroflot” hava yolları şirkətinə aid “SSJ-100” təyyarəsi Murmanska uçarkən ekipaj üzvləri təcili eniş üçün dispetçerdən icazə istəyiblər. Qəzalı enişdən sonra laynerin şassizi sıradan çıxıb və yanacaq dolu bak partlayaraq yanmağa başlayıb. Yanğından ən çox füzelyajın qanad hissəsinə ziyan dəyib. Göyərtədə olan 78 nəfərdə 37-si sağ qalıb.

Ancaq hadisələrin gözlənilməz inkişafı nəticəsində bu faciədən qurtulmuş insanlar da var. Həmyerlimiz Fəridə Ruslanova bəxti gətirənlərdəndir.

O, hekayəsini day.az portalına danışıb.

“Mən kredit və sığorta sahəsində çalışıram. İşimlə əlaqədar, mütəmadi olaraq Rusiyanın müxtəlif şəhərlərinə uçuram, treninqlərə və ezamiyyətlərə qatılıram. Bu dəfə Murmanska yollanmağı təklif etdilər, mən razılaşdım”, - deyə Ruslanova bildirib.

Onun sözlərinə görə, o, artıq məlum reysə bilet də alıb və uçmağa hazırlaşıb, ancaq xoş bir təsadüf nəticəsində ən son anda planları dəyişib.

“Gözlənilmədən atam Moskvaya gəldi. O, başqa şəhərdə işləyir və ildə bir dəfə bura gəlir. Heç kimi xəbərdar etməmişdi, sürpriz etmək istəyirdi. Buna görə məzuniyyətdən imtina etməli oldum: mənim əvəzimə həmkarım getdi. Onunla danışırdıq, dedim, “Sən get”. İndi o reanimasiyadadır, tüstüdən zəhərlənib və yanıq xəsarətləri alıb”, - deyə Ruslanova bildirib.

Qızın dediyinə görə, qəza barədə xəbəri öyrənəndən bəri özünü pis hiss edir, daima təşviş və qorxu içindədir.

“Mənim həmkarımın təyyarədən çıxmasına imkan vermirmişlər. Çevik şəkildə təxliyyə olunmaq əvəzinə, öz baqajını qurtarmağa çalışan insanlara görə o, ölə bilərdi. Onu göyərtənin bələdçisi Moiseyev salondan, faktiki olaraq, yaxasından dartaraq çıxarıb.

Zavallı bələdçi, bacardıqca çox insanı xilas etmək üçün əlindən gələni edirmiş. Ancaq özü də həyatını itirib. Onun ölümünə təəsüflənirəm. Tez-tez “Aeroflot”la uçuram, indi isə, həqiqətən, çox qorxuram”, - deyə Fəridə Rəsulova bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *