Londonda Rusiya təyyarəsində axtarış aparıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Londonda Rusiya təyyarəsində axtarış aparıldı

Londonda Rusiya təyyarəsində axtarış aparıldı


Britaniya təhlükəsizlik qüvvələri hər hansı əsas olmadan London aeroportunda “Aeroflot” Hava Yolları Şirkətinə məxsus təyyarəyə baxış keçiriblər.

Bu barədə RİA Novosti-yə aviaşirkətdən olan mənbə məlumat verib.

“Britaniya tərəfi təyyarəyə baxış keçirilməsi üçün heç bir əsas göstərməyib. Baxışın başa çatmasından sonra qərara alındı ki, ekipaj üzvləri təyyarəyə əlavə baxış keçirsin. Belə ki, britaniyalılar axtarış aparan zaman bütün ekipaj üzvlərini təyyarədən düşməyə məcbur etmişdilər”, - deyə agentliyin müsahibi bildirib.

Rəsmi Moskva insidentlə bağlı sərt reaksiya göstərib. Rusiya xarici işlər nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib ki, London Rusiya laynerində qəfil axtarış aparmaqla, “Skripal işi” ilə əlaqədar xələl gəlmiş nüfuzunu xilas etməyə çalışır.

Zaxarova bunun Britaniyanın növbəti təxribatı olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, insidentdən dərhal sonra RF səfirliyinin əməkdaşları hadisə yerinə gediblər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *