Azərbaycanlı qız şalvarını aşağı çəkib... - "Bizi dişləmək istədi" – FOTO
London “City Bank”ın əməkdaşı Səbinə Sultanova “British Airways” aviaşirkətini məhkəməyə verib.
Qadının iddiasına əsasən aviaşirkətin təyyarəsində Dubaya uçarkən heyət üzvləri ona hücum edib, boğmağa çalışıb və zor tətbiq edib. İnsidentin bu ilin martında baş verdiyi bildirilir.Şirkət isə bu iddianı qəti təkzib edir, bildirir ki, Səbinə Sultanova təyyarədə şalvarını çıxarıb, heyət üzvlərini dişləməyə çalışıb.
Londonda yaşayan 34 yaşlı azərbaycanlı Səbinə Sultanova iddia ərizəsində göstərib ki, ad günündə “British Airways” şirkətinin reysi ilə Dubaya uçurdu. Təyyarə Dubay aeroportuna enəndə ekipaj heç bir səbəb göstərmədən onu düşməyə qoymayıb, təyyarəyə zorla geri çəkib və bu zaman qadının gödəkçəsi dartılaraq onun boğazını sıxıb. Nəticədə qadının boğazında göyərmə və sıyrıqlar yaranıb. Britaniya vətəndaşı olan Səbinə Sultanova iddia edir ki, aldığı xəsarətlərə görə bir neçə gün udquna bilməyib. O, ekipaj tərəfindən zorakılığa məruz qalandan sonra huşunu itirdiyini və polislərlə dolu otaqda gözünü açdığını bildirir. Ancaq deyir ki, heç vaxt heç bir rəsmi ittihamla qarşılaşmayıb. Dubay polisi onu 12 saatdan sonra buraxıb.
Səbinə Sultanovanın bildirdiyinə görə, təyyarədə iki sərnişinin arasında oturmuşdu və həmin sərnişinlər onun üstündə yuxulayırdı. Sultanova təyyarədən çıxmaq istəyəndə ona göyərtədə qalmağı əmr ediblər. 20 dəqiqə sonra azərbaycanlı qadın təyyarədən çıxmaq istəyəndə onu zorla təyyarəyə geri dartıblar. Sultanovanın hüquqlarını məhkəmədə aviasiya hüququ üzrə mütəxəssis Keyt Barret müdafiə edir. Vəkil deyib: ““British Airways” şirkətinin komandası Sultanovaya hücum etməyi bəs etmirmiş kimi onlar tənha qadını huşsuz vəziyyətdə qoyublar, daha sonra onu Dubay polisi saxlayıb”.
“British Airways” şirkəti isə bu deyilənləri rədd edərək xanım Sultanovanın təyyarədə şalvarını aşağı çəkib salonda qaçdığını, ekipaj üzvlərini dişləməyə çalışdığını bildirir. Şirkətin cavabında deyilir: “Bizim yüksək ixtisaslı heyət üzvlərimiz qeyri-adekvat sərnişinin göyərtədəki dağıdıcı hərəkətinə cavab olaraq məsuliyyətlə hərəkət edib, onu nəzarətdə saxlayıb.
Mənbə:> Virtualaz.org