Şagirdin ölümünə görə məktəb direktoru işdən çıxarıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Şagirdin ölümünə görə məktəb direktoru işdən çıxarıldı

Şagirdin ölümünə görə məktəb direktoru işdən çıxarıldı

Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Bakının Xəzər rayonunda yerləşən 123 saylı tam orta məktəbin direktoru Vəli Hüseynli tutduğu vəzifədən azad edilib. Bu barədə virtualaz.org-a Təhsil Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Qeyd edək ki, bu ilin martında həmin məktəbin XI “b” sinif şagirdi İlkin Mehman oğlu Lətifov dünyasını dəyişmişdi. Məktəbin hadisə ilə bağlı açıqlamasında qeyd olunurdu ki, fevralın 21-də, təxminən saat 12:00 radələrində tədris müəssisəsinin stadionunda futbol oynayan İlkin Lətifov yıxılıb. Bir qədər sonra özünü pis hiss etdiyindən sinif yoldaşlarının köməyi ilə məktəbin tədris binasına gətirilib. Məktəbdə tibb bacısının müayinəsindən sonra dərhal təcili tibbi yardım çağırılıb və şagird qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Xəstəxanada İlkinin daxili orqanlarında qanaxma olması müəyyənləşdirilib və əməliyyat olunub. Lakin göstərilən yardımlara baxmayaraq martın 15-də dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılarkən yıxılmadığı, sinif yoldaşları tərəfindən xəsarət aldığı məlum olub. Nəticədə, məktəbin iki şagirdi şübhəli qismində nəzarətə götürülüb. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam edir.

Təhsil Nazirliyinin xüsusi komissiyası tərəfindən aparılmış daxili araşdırmanın nəticəsi olaraq əmək müqaviləsində nəzərdə tutulmuş vəzifə funksiyalarını lazımi səviyyədə icra etmədiyinə görə direktor işdən çıxarılıb. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Cəlilovaya isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *