Bakıda 7-ci sinif şagirdi məktəbdə öldü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Bakıda 7-ci sinif şagirdi məktəbdə öldü

Bakıda 7-ci sinif şagirdi məktəbdə öldü


Bu gün 18:00 radələrində Xəzər rayonu 26 nömrəli tam orta məktəbdə ölüm hadisəsi baş verib.

AzNews.info Azvision.az-a istinadən xəbər verir ki, həmin məktəbdə 125 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi dünyasını dəyişib.

Məktəbin həkimi həmin vaxt orada olmayıb. İdman müəllimi isə ilk tibbi yardım göstərə bilməyib. Vəfat edən şagird ailənin tək övladı olub.

26 nömrəli tam orta məktəbdən bildirilib ki, məktəbin Teymur adlı idman müəllimi evə gedərkən qohumu Məmmədağa Zeynalovun halsız olduğunu görüb və onu özü ilə birlikdə məktəbə gətirib:

“Dünyasını dəyişən şəxs ürək əməliyyatı keçirib və epilepsiya xəstəliyindən əziyyət çəkib. Teymur müəllim hadisə zamanı ona ilkin tibbi yardım göstərmək istəyib. Poliklinikada çalışan yoldaşına zəng edib. Uşağa dərhal ilkin yardım göstərilib. Təəssüf ki, təcili tibbi yardım gələnədək uşaq vəfat edib".

Məlumatda qeyd edilib ki, dünyasını dəyişən şagird Xəzər rayonu 125 nömrəli məktəbdə oxuyub. O, 26 nömrəli məktəbdə dərs deyən idman müəlliminin xalası nəvəsidir.

Mənbə: Azvision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *