Bakıda məktəbdə faciə: ikinci sinif şagirdi tənəffüsdə öldü
Bakıda məktəblərin birində şagird dünyasını dəyişib.
Oxu.Az-ın məlumatına görə, hadisə Sabunçu rayonu 67 saylı məktəbdə baş verib.
Belə ki, o, məktəbdə fasilə zamanı yemək yeyib, bundan sonra qəflətən halı pisləşib. İlkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Məktəbdən şagirdin ölümü ilə bağlı faktı Oxu.Az-a təsdiqləyiblər.
Bildirilib ki, təhsil müəssisəsinin II “ğ” sinif şagirdi, 2011-ci il təvəllüdlü Xəlilov Sabir Adil oğlu ötən gün saat 16:40 radələrində vəfat edib:
“Ötən gün şagird özünü narahat hiss edən anda dərhal ona ilk tibbi yardım göstərilib, təəssüf ki, kömək etmək mümkün olmayıb”.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.Az