Facebook və Instagram-da problem yaranıb

Facebook və Instagram-ın işində ciddi problemlər yaranıb.
Bu barədə populyar internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidmətinin səhifəsində məlumat yer alıb.
Bildirilir ki, bir çox ölkələrdə istifadəçilər Facebook və Instagram-dan istifadə edə bilmirlər.
Ən çox Britaniya, Fransa, İtaliya, Yunanıstan və Çexiyadakı istifadəçilər şikəyət edirlər.
Qeyd edək ki, Azərbaycanda da bəzi istifadəçilər hazırda Facebook və Instagram-ın xidmətlərindən yararlana bilmir.
Mənbə: Oxu.Az