Bakının bir hissəsində su olmayacaq

Bakı şəhəri Suraxanı rayonu ərazisində içməli suyun verilişində fasilələr olacaq.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, magistral xətlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar gün ərzində Yeni Günəşli yaşayış massivinə, Suraxanı və Qaraçuxur qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Mənbə: Oxu.Az