Bakının bu hissəsində sabah içməli su olmayacaq
Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Azxeber.com-a "Azərsu” ASC-dən məlumat verilib.
Məlumatda bildirilir ki, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar sabah gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Mənbə:> Azxeber.com