Azərbaycanda əlillik yeni meyarlarla təyin ediləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda əlillik yeni meyarlarla təyin ediləcək

Azərbaycanda əlillik yeni meyarlarla təyin ediləcək

2020-ci il yanvarın 1-dən etibarən Azərbaycanda əlillik yeni meyarlarla təyin ediləcək.

Xezerxeber.az bildirir ki, bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib. Onun dediyinə görə, beynəlxalq təcrübədən istifadə edilərək hazırlanan yeni qanun layihəsinin tətbiqi üçün əlililyi təyin edən həkimlərə təlimlər keçiriləcək.

S.Babayev sosial müavinət və təqaüd artımları ilə bağlı məlumat verərək bildirib ki, bu artımlar 600 min insanı əhatə edəcək, onun 300 mindən çoxu əlilliyi olan şəxslərdir. Vətəndaşlar bu ayın ödənişini artımla bərabər ala biləcəklər.

Nazir iş və işçi axtaranlar üçün əvəzsiz elektron xidmət olacaq ''Məşğulluq alt sistemi''nin yaxın günlərdə fəaliyyətə başlayacağını bildirib.

Sahil Babayev şəhid vərəsələrinə birdəfəlik ödənişdən də danışaraq bildirib ki, artıq 7800 vərəsəyə ödəniş edilib və 400 polis şəhidə görə ödənişin ediləcəyi təsdiqlənib.

Bu gün Əmək və əhalinin sosiaş müdafiəsi naziri və nazirliyin əməkdaşları həm də Azərbaycanda aparılan sosial islahatlar barədə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrini məlumatlandırıblar.



Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *