Sumqayıtda partlayışda yaralananlardan biri ölüb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sumqayıtda partlayışda yaralananlardan biri ölüb

Sumqayıtda partlayışda yaralananlardan biri ölüb


Sumqayıtda güclü partlayış olub.

ONA xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsindəki metaləritmə sexində qeydə alınıb.

Məlumata görə, hadisə martın 22-də olub. Sözügedən sexdə xətt təmirə dayanıbmış. Bildirilir ki, sexin rəisi xətti yenidən qoşmaq istəyərkən partlayış baş verib. Nəticədə 4 nəfər - 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu, 1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu yanıq xəsarətləri alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Yaralılardan M.Seyidəliyev həkimlərin səyinə baxmayaraq, müalicə aldığı xəstəxanada 5 gündən sonra dünyasını dəyişib. Digər yaralılar isə paytaxt xəstəxanalarına gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: ONA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *