Masallıdakı partlayışda xəsarət alan digər azyaşlılar da dünyasını dəyişdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Masallıdakı partlayışda xəsarət alan digər azyaşlılar da dünyasını dəyişdi

Masallıdakı partlayışda xəsarət alan digər azyaşlılar da dünyasını dəyişdi

Masallı rayonunda evdə baş verən partlayış nəticəsində xəsarət alan digər iki azyaşlı da dünyasını dəyişib.

Respublika Yanıq Mərkəzindən verilən məlumata görə, hadisə nəticəsində bədəninin 85 faizi yanan 2010-cu il təvəllüdlü Müseyibov Məhəmməd Əbülfəz oğlu və 2006-cı il təvəllüdlü Kərimov Sənan Rauf oğlu ölüb.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə başlanmış cinayət işi həmin məcəllənin 314.3-cü (səhlənkarlıq - - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

Xatırladaq ki, dekabrın 10-da Masallı rayonunun Sığıncaq kənd sakini Kərimova Günel Şakir qızının evində qaz sızmasından baş vermiş partlayış nəticəsində evin birinci mərtəbəsində olan Məhəmməd Müseyibov, Sənan Kərimov və 2005-ci il təvəllüdlü Müseyibov Əli Əbülfəz oğlu ağır yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdi.

Xəsarət alanlardan Ə.Müseyibov həmin gün xəstəxanada dünyasını dəyişmişdi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *