“Z nəslinin texnologiya dili” – FOTO
15 dekabr 2018 - 15 mart 2019 tarixlərində icrası Biləsuvar, Beyləqan rayonlarında nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilmiş Elxan Əsgərzadənin “Z nəslinin texnologiya dili” adlı layihəsi çərçivəsində tədbirlər başa çatmışdır.
AzNews.info xəbər verir ki, tədbirlər ərəfəsində ümumilikdə 4 fərqli qrupda ümumilikdə 120-dən çox iştirakçıya seminarlar keçirilmişdir. İştirakçılar əsasən məktəbin orta və yuxarı sinif şagirdlərindən təşkil olunmuşdur. Aktiv iştirakçılara seminarlardan sonra sertifikatlar təqdim olunmuşdur. Tədbir zamanı layihə ilə bağlı ilkin və ümumi məlumatlandırıcı xarakterli bukletlər də paylanmışdır.
Qeyd edək ki, layihə üzrə Biləsuvar, Beyləqan rayonlarının öncədən müəyyənləşdirilməsi heç də bir mənalı deyildir. Belə ki, layihənin ilkin mərhələsində regionun əhalisi arasında sorğu və müşahidə üsulu ilə araşdırmalar aparılmış. Hədəf qrupların mövzu üzrə fikr və düşüncələri təhlil edilmişdir.
Müvafiq layihə istiqamətində start götürmüş seminarlar çərçivəsində ilk növbədə öncədən müəyyənləşdirilmiş və seçilmiş region gənclərinə hədəf qrupa daxil olan ərazilərdə informasiya texnologiyalarından səmərəli istifadə imkanları və şagirdlərin bu sahəyə marağının artırılması istiqamətində seminarlar verilmişdir. Əsasən bölgənin IT sahəsinə daha az marağı olan bölgə və məktəbləri hədəf qrup seçilən layihə çərçivəsində Z nəslinin yəni 1990-2000-ci ildən sonrakı təvəllüdlü uşaqların texnologiyadan istifadə bacarıqları və üstünlükləri tanıdılmışdır.
Mənbə:> AzNews.info