120 gənc “Erkən Nikaha Son!” dedi – FOTO
05 dekabr 2018 - 05 mart 2019 tarixlərində icrası Şirvan, Sabirabad, Kürdəmir rayonlarında nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilmiş “Erkən Nikaha Son!” adlı layihəsi çərçivəsində tədbirlər başa çatmışdır.
AzNews.info xəbər verir ki, tədbirlər ərəfəsində ümumilikdə 4 fərqli qrupda 120-dən çox iştirakçıya seminarlar keçirilmişdir. İştirakçılar əsasən məktəbin 8-11.ci sinif şagirdlərindən təşkil olunmuşdur. Aktiv iştirakçılara seminarlardan sonra sertifikatlar təqdim olunmuşdur. Tədbir zamanı layihə ilə bağlı ilkin və ümumi məlumatlandırıcı xarakterli kitabça, flayer və bukletlər də paylanmışdır.
Qeyd edək ki, layihə üzrə Şirvan, Sabirabad, Kürdəmir rayonlarının öncədən müəyyənləşdirilməsi heç də bir mənalı deyildir. Belə ki, layihənin ilkin mərhələsində regionun əhalisi arasında sorğu və müşahidə üsulu ilə araşdırmalar aparılmış. Hədəf qrupların mövzu üzrə fikr və düşüncələri təhlil edilmişdir.
Müvafiq layihə istiqamətində start götürmüş seminarlar çərçivəsində ilk növbədə öncədən müəyyənləşdirilmiş və seçilmiş region gənclərinə hədəf qrupa daxil olan ərazilərdə problemin qarşılaşılan ciddi fəsadları, mövcud durum təhlili təqdim olunmuşdur. Əsasən erkən nigaha məruz qalma hallarının rastlaşıldığı üçün gənclərin və valideynlərin də iştirakı ilə problemin ağır nəticələri və həll yolları müzakirə olunmuşdur. Müzakirələr nəticəsində iştirakçıların problemlə bağlı müdaxiləsi və həmin müdaxilələrin effektivlik təsiri ayrıca təhlil edilmişdir.
Erkən Nikaha Son ! deyən və aktiv iştirakı ilə seçilərək, müəyyən edilən 20-ə yaxın gəncə sertifikatlar təqdim edilmişdir.
Mənbə:> AzNews.info