'Evlərin rəsmiləşdirilməsi üçün simvolik məbləğ müəyyənləşdirilməlidir' » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

'Evlərin rəsmiləşdirilməsi üçün simvolik məbləğ müəyyənləşdirilməlidir'

'Evlərin rəsmiləşdirilməsi üçün simvolik məbləğ müəyyənləşdirilməlidir'


Məlumatda Prezident Administrasiyasından konsepsiya hazırlanması tapşırığı gəldiyi qeyd olunur.

Komitə bildirir ki, bir çox hallarda vətəndaşlar kənd təsərrüfatı təyinatlı torpaqlarda, mühafizə zolaqlarında yaşayış və ya qeyri-yaşayış binaları inşa edirlər, buna görə də onların qeydiyyatı qanunvericiliklə mümkün olmur.

İqtisadi və Sosial İnkişaf Mərkəzi bir neçə il əvvəl sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı təkliflər paketini Azərbaycan hökumətinə təqdim etmişdi.

Mərkəz sədri Vüqar Bayramov təkliflərini hökumətə 4 il əvvəl təqdim etdiklərini xatırladaraq deyir ki, onların konsepsiyasında daha çox Rusiyada tətbiq edilən praktikadan istifadə olunub:

“Müvafiq komitənin bu istiqamətdə həm araşdırma, həm də qiymətləndirmə apardığı nəzərə alınsa, bizim təklifə uyğun olaraq “amnistiyanın” verilməsi daha məqsədəuyğun olardı. Burda söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır. Aparılan monitorinqlər göstərir ki, bu cür evlərə “amnistiya” verilməsi vacibdir. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və “kupça” (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) ilə təmin olunması prosesi başlanmalıdır. Əslində, bu prosedur dövlətin özü üçün də əhəmiyyətlidir. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur. Ona görə problemin həlli dövlət qurumlarının özünün marağında olmalıdır və onlar qısa zamanda məsələnin aradan qaldırılmasına çalışmalıdır”.



Vüqar Byaramov-un sözlərinə görə, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir:

“ Onların 70 minə yaxını inşaata icazə verilməyən ərazilərdədir. Bunların da bir qismi nisbətən təhlükəli ərazilər sayılır. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin üzərində, yaxınlığında olan yerlərdir. Əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə var. Bu ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin. Digər hissə isə kənd təsərrüfatı üçün istifadə ediləcək ərazilərdə tikilib”.

İqtisadçı daha sonra da deyib ki, bu tip evlərin sənədləşdirilməsi daha məqsəduyğundur:

“ Çünki artıq evlər inşa edilib və bundan yerli icra hakimiyyət orqanlarının, bələdiyyələrin məlumatı olub. Ancaq bu qurumlar çox fərqli səbəblərdən həmin evlərin inşasına şərait yaradıblar. Bizim təqdim etdiyimiz paket ev sahiblərinin mülkiyyət hüququnun tanınmasını nəzərdə tutur. Xüsusən də hündür mərtəbəli binaların təhvil verilməsi ilə bağlı prosedur sadələşdiriləndən sonra növbəti mərhələ olaraq sənədsiz evlərin sənədləşdirilməsi gündəmdədir. Güman edirəm ki, yaxın zamanlarda bu yöndə addımların atılması mümkündür”.

Bakı və ətraf kəndlərində özbaşına, sənədsiz inşa edilən fərdi evlərin sənədləşdirilməsi məsələsi 2011-ci ildə də gündəmə gəlmişdi.

Ölkə başçısı İlham Əliyev 2011-ci il martın 9-da keçirdiyi müşavirədə Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sənədləşdirilməsinə dair mexanizmin hazırlanması barədə şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi. Amma sonrakı illər bu məsələdə elə bir yenilik olmadı.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *