15 yaşlı qız özünü 16-cı mərtəbədən atdı
Paytaxtda 15 yaşlı Mir Fatimə özünü 17 mərtəbəli binanın 16-cı mərtəbəsindən ataraq intihar edib.
Hadisə martın 14-də, Yasamal rayonu, Əhməd Cavad küçəsi 45 A ünvanında qeydə alınıb.
2003-cü il təvəllüdlü, 11-ci sinif şagirdi Mir Fatimənin liseydə təhsil aldığı, həmin evdə ailəsi ilə birgə kirayədə qaldığı bildirilir. Onun bir qardaşı var.
Oxu.az bildirir ki, yeniyetmə qızın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Mənbə:> Virtualaz.org